• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Türkiyədən Rusiyaya qadağa

DÜNYA

21 Mart 2023 | 12:54

Türkiyədən Rusiyaya qadağa

Ankara Türkiyə vasitəsilə paralel idxal olaraq Rusiyaya import edilən xarici mallara qadağa qoyacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, ölkə hakimiyyəti türk məhsullarının böyük miqdarda ixrac edildiyi AB ilə mübahisə etmək istəmir.

İstanbul Qara və Əlvan Metallar İxracatçıları Assosiasiyasının rəhbəri Çetin Tecdelioğlu agentliyə bildirib ki, Türkiyə hakimiyyəti ölkə şirkətlərinə Rusiyaya ixracı qadağan olunmuş malların siyahısını təqdim edib:

"Türkiyə hökuməti martın 1-dən etibarən qadağan olunmuş xarici malların siyahısını şirkətlərə təhvil verib və onların Rusiyaya çatdırılmasına qadağa qoyub”.

Qeyd olunur ki, Türkiyə Ticarət Nazirliyi bu məlumatlara münasibət bildirməyib.


SON XƏBƏRLƏR

26 Iyul 2024