• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkmənistanda seçkiqabağı kampaniyaya start verildi

DÜNYA

14 Fevral 2022 | 11:13

Türkmənistanda seçkiqabağı kampaniyaya start verildi

Türkmənistanda bu gündən etibarən növbədənkənar prezident seçkiləri ilə bağlı seçkiqabağı kampaniya başlayıb.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, kampaniyanın birinci mərhələsi namizədlərin irəli sürülməsindən ibarət olacaq.

Ölkə qanununa əsasən, siyasi partiyalar və yaxud vətəndaş qrupları namizəd irəli sürə bilər.

Ölkədə 3 partiya fəaliyyət göstərir: Demokratik Partiya, Aqrar partiya və Sənayeçilər və Sahibkarlar Partiyası.

Türkmənistan Prezidenti 7 il müddətinə seçilir.

Xatırladaq ki, ölkədə növbədənkənar prezidet seçkiləri martın 12-si keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026