• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

"Turkovac" Azərbaycana nə vaxt göndəriləcək?

CƏMİYYƏT

29 Dekabr 2021 | 14:08 | Müəllif: Qalib İbrahimoğlu

"Turkovac" Azərbaycana nə vaxt göndəriləcək?

""Turkovac"ın yaxın zamanda Azərbaycana da çatdırılmasını planlaşdırırıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə İnstitutlarının prezidenti Erhan Akdoğan deyib.

Onun sözlərinə görə, daxili tələbatı ödəyəcək qədər dozanı mütləq istehsal edəcəklər.

"Amma bununla yanaşı ehtiyacı olan ölkələrə verilməsi istiqamətində də fəaliyyətlərimiz davam edir. "TURKOVAC"ın kliniki sınaqları çərçivəsində bir neçə ay əvvəldən Azərbaycan, Pakistan, Qırğızıstan kimi ölkələrlə ortaq elmi tədqiqatlara dair fəaliyyətlər icra edirdik. Ötən həftələrdə Azərbaycanda "Turkovac"la bağlı konkret hazırlıqlarımızı tamamlamışıq. Yaxın zamanda Azərbaycana da yerli vaksinimizi çatdırmağı planlaşdırırıq".

Qeyd edək ki, dekabrın 22-də Türkiyədə koronavirusa qarşı yerli "TURKOVAC" vaksinin tətbiqinə icazə verilib və kütləvi istehsalına başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR