• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ucarda qardaş-qardaşın qanını tökdü - İnək üstündə...

HADİSƏ

07 May 2023 | 23:04 | Müəllif: Subhan Mahmudov

Ucarda qardaş-qardaşın qanını tökdü - İnək üstündə...

Ucarda qardaş-qardaşı bıçaqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Türkəci kəndində baş verib.

Kənd sakini, 1980-cı il təvəllüdlü Ramazan Əvəz oğlu Xəlilov, aralarında yaranmış münaqişə zəminində qardaşı, 1967-ci il təvəllüdlü Səhman Xəlilova bıçaqla xəsarət yetirib.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qardaşlar arasında mübahisəyə iri buynuzlu heyvanlar səbəb olub.

Belə ki, Səhmanın heyvanı Ramazanın həyətinin qarşısına gəlib. Bu səbəbdən qardaşlar arasında mübahisə yaranıb.

Sonda mübahisə qanla nəticələnib.

Faktla bağlı araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR