“10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış üçtərəfli bəyanatdan sonra mina və digər qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürülüb, 73 nəfəri isə mina və digər qurğuların partlaması nəticəsində, 1 nəfəri isə odlu silahdan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib.
Onun sözlərinə görə, qeyd edilən cinayət işlərin üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan olunub: “Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiya Federasiyasının, 17-si Ermənistan Respublikasının, 5-i Fransa Respublikasının, 1-i isə Gürcüstanın vətəndaşlarıdır. Həmin cinayət işlərindən 7 cinayət işi üzrə 151 (onlardan 133 şəxs VoMA siyahısı üzrə) şəxs barəsində 23 ölkəyə 36 beynəlxaq hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilmişdir. 44 gün davam edən vətən müharibəsi dövründə 6 hərbçi itkin düşmüş, 27 sentyabr 2020-ci il tarixdən 2022-ci ilin sentyabr ayına qədər əsir götürülmüş 164 şəxs və 1713 meyit erməni tərəfinə təhvil verilib”.
Ramid İbrahimov














gif-1667627546.gif)

