• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Zümrud Ana” gəmisi "Qarabağ Şəhidləri" adını daşıyacaq

CƏMİYYƏT

05 Noyabr 2022 | 11:03 | Müəllif: Qalib İbrahimoğlu

“Zümrud Ana” gəmisi "Qarabağ Şəhidləri" adını daşıyacaq

"Palmali Holding"in prezidenti Mübariz Mənsimovun anasının adını daşıyan gəmi bundan sonra "Qarabağ Şəhidləri" adlanacaq.

Bu barədə Bakıvaxtı.az-a "Palmali Holding"dən bildirilib.

Bununla bağlı paylaşım edən Mübariz Mənsimov qeyd edib ki, anası 9 uşaq böyütmüş atasının halal çörəyini yeyən, gecəsini gündüzünə qatan bir azərbaycanlı xanımıdır: "Məni yanına cağırıb "bir xahişim var" dedi. "Gəmilərə şəhidlərin adını qoyandan telefonu susmur. Qohum qardaş, tanımadığın insanlar, hərə bir xahiş edir: oğlumuzun adına gəmi verin". Və anam da belə bir xahiş etdi. "Mənim adımı daşıyan gəmiyə "Qarabağ Şəhidləri" adını qoy. Bütün şəhidlərin adına həsr et".

M.Mənsimovun dediyinə görə, anasının xahişi ilə onun adını daşıyan "Zümrüd Ana" gəmisinin adını dəyişib 1992-1994 və 2020-c il şəhidlərinin adlarına ithaf edib: "Gəmimiz "Qarabağ Şəhidləri" adını daşıyacaq və gəmidəki muzeydə bütün şəhidlərimizi şəkilləri yer alacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026