• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

UEFA İspaniya millisinin iki üzvünü cəzalandırdı

İDMAN

07 Avqust 2024 | 15:46

UEFA İspaniya millisinin iki üzvünü cəzalandırdı

İspaniya millisinin yarımmüdafiəçisi Rodri və hücumçusu Alvaro Morata bir oyunluq diskvalifikasiya edilib.

Bakıvaxtı.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb futbolçuların Cəbəllütariqin dövlətçiliyinə qarşı etdikləri hörmətsizlik olub.

UEFA-nın Etika Komissiyası bu hadisəni idmana yaraşmayan hərəkət və futbolun gözdən salınması kimi qiymətləndirib, baş verənləri əsas davranış qaydalarının pozulması hesab edib.

AVRO-2024-ün qalibi adını qazanan İspaniya millisinin üzvləri finaldan sonra qələbəni qeyd edən zaman azarkeşlərlə birlikdə Cəbəllütariqin dövlətçiliyinə qarşı uyğun olmayan mahnı oxuyublar.

Qeyd edək ki, AVRO-2024-ün finalında İspaniya millisi İngiltərə komandasını 2:1 hesabı ilə məğub edib.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024