Rusiya ordusunun 78 “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum etdiyi, 60 PUA-nın məhv edildiyi bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri "Telegram" kanalında məlumat yayıb.
Açıqlamada Rusiya ordusunun 78 “Şahed” tipli PUA-nı havaya buraxdığı, 60 PUA-nın isə Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi bildirilib.
Bildirilib ki, Rusiya tərəfi artıq "İsgəndər-M" ballistik raketindən istifadə edir.
Əli Hüseynov
















