• Bakı 25° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Ukrayna Krımdakı “Osmanlı-Rus Müharibəsi” Muzeyini vurub

DÜNYA

10 Iyun 2026 | 16:37

Ukrayna Krımdakı “Osmanlı-Rus Müharibəsi” Muzeyini vurub

Ukraynanın gecə həyata keçirdiyi hücum zamanı Sevastopolda yerləşən və 1854-1855-ci illər Krım müharibəsindəki müdafiəni əks etdirən məşhur panorama muzeyi zərbə alıb.

Bakıvaxtı.az xarici mediaya istinadən bildirir ki, hücumdan sonra binada böyük yanğın baş verib və tarixi eksponat ciddi zərər görüb.

Muzey rəhbərliyi bildirib ki, əsərin orijinal hissələri hücum zamanı başqa filialda saxlanıldığı üçün məhv olmaqdan xilas olub. Qeyd edək ki, panorama daha əvvəl də 1942-ci ildə Almaniya bombardmanı zamanı ağır zərər görmüş, sonradan bərpa edilərək yenidən istifadəyə verilmişdi.

Rusiya tərəfi hadisəni mədəni irsə qarşı hücum kimi qiymətləndirərək pisləyib və əsərin bərpasına başlanacağını açıqlayıb. Ukrayna isə insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Şəbnəm Ələsgərzadə

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR