Ukrayna Baş Prokurorluğu bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ölkədə müharibə nəticəsində 589 uşaq ölüb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabından verilən açıqlamada Ukraynada gedən müharibə nəticəsində ölən və ya yaralanan uşaqlarla bağlı məlumatlar paylaşılıb.
Belə ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana ölkədə Rusiyanın hücumları nəticəsində 589 uşağın öldüyü, 1681-dən çox uşağın yaralandığı bildirilib.
Əli Hüseynov