• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ukrayna Rusiya ordusunun qəlbindən vurdu - Ordunu çaşdıran iddia

SİYASƏT

02 May 2022 | 17:00

Ukrayna Rusiya ordusunun qəlbindən vurdu - Ordunu çaşdıran iddia

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Kiyevdən gündəmə bomba kimi düşən açıqlama verilib. 
Bakıvaxtı.az 
xəbər verir ki, Ukrayna Rusiyanın İzyum komandanlıq mərkəzini vurduğunu və hücumda 200-dən çox əsgərin həlak olduğunu açıqlayıb. Rusiya ordusunun bölgədəki bir nömrəli olması ilə bağlı mübahisəli iddia irəli sürülüb.
Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə fevralın 24-də başlayan müharibə bütün sürəti ilə davam edir.
Müharibənin ilk günlərindən Kiyevi hədəf alan, lakin həftələrlə davam edən mühasirəyə baxmayaraq şəhəri ala bilməyən Rusiya hədəfini şərqə çevirdi.
İki ayı arxada qoyan müharibədə hələ də böyük uğur qazana bilməyən Putin, çarəni Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovu bölgəyə göndərməklə tapdı.
Britaniyanın Daily Mail qəzetində yer alan xəbərə görə, Ukraynanın hücumunun hədəfi İzyumdakı qərargahdan müharibəyə rəhbərlik edən Gerasimov olub.
Həmin xəbərə görə, qərargaha hücumda 200-dən çox əsgər həlak olub. Gerasimov zədələnib. Qəzet xəbərlərini Ukrayna hakimiyyətinin bəyanatları əsasında hazırlayıb. 
Mövzu ilə bağlı Rusiyadan rəsmi açıqlama olmasa da, bəzi mənbələr Gerasimovun ayağında qəlpə yaralarının olduğunu və müalicə üçün Rusiyaya aparıldığını paylaşıb.
Zelenskinin müşavirinin sözlərinə görə, məsələ 55 yaşlı rusiyalı general-mayor Andrey Simonovun Xarkovda öldürülməsindən bir gün sonra ortaya çıxıb.
Simonov müharibə başlayandan bəri öldürülən 9-cu rus generalı kimi qeydə alınıb.
Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026