Ukrayna Müdafiə Nazirliyi “Uzun Neptun” adlı yeni uzaqmənzilli raketini təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, Ukraynanın “Zbroya” dövlət portalının Müstəqillik Günü ilə bağlı hazırladığı çarxda “Uzun Neptun”un da görüntüləri yer alıb.
Qeyd edək ki, uçuş məsafəsi 1000 km-ə qədər, uzunluğu isə 6 metr (adi “Neptun”dan 1.5 m böyük) olan “Uzun Neptun” yerüstü hədəflər üçün nəzərdə tutulub.
“Defence Express” nəşrinin məlumatına görə, raketin sınaqları 2025-ci ilin martından aparılsa da, ictimaiyyətə ilk dəfə nümayiş etdirilir.