• Bakı 26° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Ukraynada hökumət dəyişikliyi avqust ayına qədər təxirə salınıb

DÜNYA

10 Iyul 2025 | 12:45

Ukraynada hökumət dəyişikliyi avqust ayına qədər təxirə salınıb

Vladimir Zelenskinin ofisi kabinet dəyişikliklərini iyuldan avqustun ortalarına təxirə salmaq qərarına gəlib. 

Bakıvaxtı.az "The Kyiv İndependent"ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.

Onun sözlərinə görə, tarix Zelenskinin komandasının yeni hökumətin bütün siyahısını razılaşdırmağa və bu qərarın kommunikasiya strategiyasını müəyyən etməyə vaxt tapmaması ilə bağlıdır:

"Kabinetin dəyişdirilməsi təxirə salınır. Lakin kastinq davam edir, bəzi nazirlərlə bağlı müzakirələr hələ də davam edir. Zelenskinin ofisində heç də hamı müddətin təxirə salınmasını bəyənmir, ona görə də bunu təkrar etmək cəhdlərinin ola biləcəyi istisna deyil".

Gülşən Şərif


SON XƏBƏRLƏR