• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Ukraynaya silah tədarükü münaqişənin..." - Stoltenberq

DÜNYA

01 Fevral 2023 | 20:37 | Müəllif: Subhan Mahmudov

"Ukraynaya silah tədarükü münaqişənin..." - Stoltenberq

"Qərbin Ukraynaya silah tədarükü münaqişənin sülh yolu ilə həllinin mümkün olacağı şərait yarada bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO -nun baş katibi Yens Stoltenberq bildirib .

Alyans rəhbərinin dediyi kimi, NATO Ukraynadakı münaqişəni uzatmağa hazır olmalıdır, çünki blok Rusiyanın “sülhə hazırlaşdığını” göstərən əlamətlər görmür .

Onun sözlərinə görə, NATO Ukraynaya hərbi dəstək səviyyəsini saxlamalıdır, çünki o, “döyüş meydanındakı vəziyyəti hər gün dəyişir”.

“Bu gün verilən silahlar sabah sülh yolu ilə həll üçün şərait yarada bilər”, Stoltenberq bildirib.

Bundan əvvəl Yens Stoltenberq Cənubi Koreyaya səfər edib və burada konfrans zamanı Rusiyanın Ukraynaya yeni hücuma hazırlaşdığını bildirib. NATO rəhbəri Moskvanın qalib gəlməsinə imkan verməməyə, Kiyevə kömək etməyə davam etməyə çağırıb və Pekini Rusiya Federasiyası ilə sıx əməkdaşlığa görə qınayıb .


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026