• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ulu Öndərin əziz xatirəsi yad edilib - FOTOLAR

CƏMİYYƏT

23 May 2023 | 09:38 | Müəllif: Qalib İbrahimoğlu

Ulu Öndərin əziz xatirəsi yad edilib - FOTOLAR

İmişli regional ədliyyə idarəsində Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi münisabəti ilə tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə Ulu Öndərin və vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Regional idarənin rəisi İsgəndər Orucov Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edərək, onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının dərindən öyrənilməsinə və tədqiq edilməsinə daim ehtiyac duyulduğunu qeyd edib. O, bundan sonrakı nəsillərə Heydər Əliyev irsinin ötürülməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Ulu Öndərin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə noyabrın 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi, Ədliyyə Nazirliyinin sonrakı inkişaf yolu, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib, Ümummilli Liderin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində əldə olunan mühüm nailiyyətlər qeyd edilib. Ulu Öndərin yüksək dövlətçilik amallarının və siyasi kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilərək respublikamızın davamlı tərəqqiyə nail olunması, müasir çağırışlara uyğun aparılan məhkəmə-hüquq islahatlarının dünyada təqdir olunan müsbət nəticələri vurğulanıb.

Daha sonra tədbir iştirakçıları Ümummilli Liderlə bağlı fikirlərini bölüşüblər. Ulu Öndərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı qeyd olunub.

Sonda Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.


Ulu Öndərin əziz xatirəsi yad edilib - FOTOLARUlu Öndərin əziz xatirəsi yad edilib - FOTOLARUlu Öndərin əziz xatirəsi yad edilib - FOTOLARUlu Öndərin əziz xatirəsi yad edilib - FOTOLARUlu Öndərin əziz xatirəsi yad edilib - FOTOLARUlu Öndərin əziz xatirəsi yad edilib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026