• Bakı 26° C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.9406

    RUB - 2.1689

Ümid edirik  ki, ABŞ-lə əlaqələri yenidən başlada biləcəyik - Kobaxidze

DÜNYA

09 Dekabr 2024 | 15:04

Ümid edirik  ki, ABŞ-lə əlaqələri yenidən başlada biləcəyik - Kobaxidze

ABŞ ilə kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

    “Bizim çox böyük ümidlərimiz var ki, ABŞ-nin yeni administrasiyası dövründə əlaqələri yenidən başlada biləcəyik. Biz münasibətləri keyfiyyətcə bərpa etmək və real strateji tərəfdaşlıq haqqında danışmağa başlamaq istəyirik. İndiyə qədər bizim ABŞ-la kağız üzərində yazılmış, əslində heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi. Yeni administrasiyanın cəmiyyətimizin dəyərlərinə zidd olan tələblər qoymayacağına əsaslı ümidimiz var”, – deyə Kobaxidze bildirib.

    Qeyd edək ki, ABŞ son etirazlarla əlaqədar Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.


    SON XƏBƏRLƏR

    11 Iyun 2025