• Bakı 29° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Ümrə ziyarətinin vaxtı açıqlandı

CƏMİYYƏT

08 Avqust 2025 | 15:25

Ümrə ziyarətinin vaxtı açıqlandı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil edilən növbəti Ümrə ziyarətinin vaxtı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqraf-a İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri danışıb.

O bildirib ki, növbəti Ümrə ziyarəti sentyabr ayının əvvəlinə, Məhəmməd Peyğəmbərin mövlud günlərinə təsadüf edəcək.

Onun sözlərinə görə, aprel ayının 20-dən dayandırılan Ümrə ziyarətinin ilk qrupu iyulun 30-da yola düşüb.

“İlk qrup avqustun 6-da Ümrə ziyarətindən geri qayıdıb. İkinci qrupun isə sentyabr ayının əvvəlində yola düşməsi gözlənilir. Qruplar 10 nəfərdən 25 nəfərə qədər təşkil olunur. Ayda 2-3 qrup yola salınır. Bu proses Həcc ziyarətinə təxminən 1 ay qalmışa qədər davam edəcək.

Ümrə ziyarətinin qiyməti hotel və xidmət səviyyələrinə görə 1000 dollar və ya yuxarı olur”, - V.Cahangiri əlavə edib.


SON XƏBƏRLƏR