“Elm və Təhsil Nazirliyinin balansına verilən uşaq bağçaların əksəriyyətin maddi-texniki təminat problemi var. Bəzi bağçalar hətta standartlara cavab vermir”.
Bakıvaxtı.az xəbər verir ki, Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev bildirib.
O qeyd edib ki, qida rasionuna əməl etməyən uşaq bağçaları ilə bağlı tədbir görülüb: “Uşaq bağçalarında aparılan momitorinqlərin nəticəsində 100-ə yaxın bağça müdiri işdən azad olunub. Bu proses davam edəcək”.
E.Əliyev deyib ki, nazirlik bağçalarda isti yeməyin verilməsi məsələsini qaldıracaq.
Ramid İbrahimov
















