• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Üzümüz niyə qızarır?

CƏMİYYƏT

27 Iyul 2023 | 09:36 | Müəllif: Qalib İbrahimoğlu

Üzümüz niyə qızarır?

Fəsildən və zamandan asılı olmayaraq üz dərisində, yaxud bədənin müxtəlif nahiyələrində qızartı, pörtmüşlük halları ilə qarşılaşırıq. Bəs bu xəstəliyin əsas səbəbi nədir? Müalicəsi varmı?

Balıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, alimlər bu sahədə xeyli araşdırma aparıblar. İlk növbədə, üzdəki qızartıların niyə meydana gəldiyini bilmək lazımdır. Yalnız bu şəkildə düzgün müalicəni tətbiq edə bilərsiniz.

Üzün qızarmasının əsas səbəbləri isə bunlardır:

Allergiya

Peyvənd və ya dərman pereparatları

Hormonal dəyişiklik

Diabet

Alkoqollu içkilər

Hava dəyişikliyi

Bakteriya

Rosacea (Qızılgül xəstəliyi)

Parazitlər…

Bəs üzün qırmızılığı necə keçir? Müalicəsi nədir?

Əgər spirtli içki qəbul edirsinizsə, onu azaltmalısınız.

Əgər sizdə rosacea varsa, dərhal həkimə müraciət etməli və onun tövsiyə etdiyi dərmanlardan müntəzəm istifadə etməlisiniz.

Hava dəyişikliyi ilə əlaqədardırsa, yaşadığınız mühiti dəyişdirin.

Bərpaedici qulluq kremləri və ya dərini yumşaq saxlayan, təmizliyən axşam kremlərindən istifadə edin.

Çölə çıxarkən günəş kremindən istifadə edin.

Bitki tərkibli yaşıl çay istifadə edə bilərsiniz. Tərkibində dərini təmizləməyə kömək edən maddələr var. Qaynar suya bir ədəd yaşıl çay əlavə edin. Sonra 10 dəqiqə dəmləyin. Bir qaba tökün və bir dəsmala batırın. Üzünüzə sürtməklə tətbiq edin. Həssas dəriniz varsa, istifadə etməməyi məsləhət görürük.

Bu yuolla mümkün qədər tez nəticələr əldə etmək olar. Lakin, ümumiyyətlə həkim müayinəsindən keçmək mütləqdir

Xəyalə Rza


Üzümüz niyə qızarır?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026