• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Vaxtanq Kikabidzedən Ukraynaya dəstək

DÜNYA

07 Avqust 2022 | 15:22

Vaxtanq Kikabidzedən Ukraynaya dəstək

Əfsanəvi gürcü müğənnisi Vaxtanq Kikabidze Rusiyanın 2022-ci il fevralın 24-də başlatdığı müharibəni sərt şəkildə pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, ifaçı “Freedom” kanalının efirində deyib:

"Bu alçaq müharibə xəstə başdan gəlir. Soyqırımı dəhşətli bir şeydir, bu, çox ciddi cəzalandırılmalı cinayətdir. Putin Stalinin çox böyük pərəstişkarıdır”, - deyə Vaxtanq bildirib.

Qeyd edək ki, Kikabidze 2008-ci ildə Rusiya qoşunlarının Gürcüstana hücumundan sonra Rusiyadakı bütün konsertlərini ləğv edib və o vaxtdan bəri həmin ölkəyə getməyib. Sənətçi bunu belə əsaslandırıb:
“Mən bunu edə bilməzdim, güzgüdə özümə baxmağa və nəvələrimlə ünsiyyət qurmağa utanardım”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026