• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Conson iqamətgahını belə tərk etdi - Video

DÜNYA

06 Sentyabr 2022 | 14:09

Conson iqamətgahını belə tərk etdi - Video

İstefa verən Böyük Britaniyanın Baş naziri Boris Conson həyat yoldaşı Kerri Conson ilə Dauninq-stritdə yerləşən iqamətgahını rəsmi olaraq tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb. 

Sabiq Baş nazir iqamətgahdan alqışlarla yola salınıb. 

İqamətgahın qarşısında çıxış edən Boris Conson yeni hökumətə yolun hər mərhələsində dəstək verəcəyini bildirib.

Məlumata görə, Boris Conson iqamətgahı tərk edərək Şotlandiyada yerləşən Balmoral qəsrinə yollanıb. O, burada rəsmi olaraq istefasını təqdim etmək üçün kraliça II Yelizaveta ilə görüşəcək. 

Bununla yanaşı, ölkənin yeni Baş naziri Liz Trass da kraliça tərəfindən qəbul ediləcək.

Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının yeni lideri və ölkənin Baş naziri seçilib. Bununla da, Liz Trass bu gün Boris Consonu Baş nazir postunda əvəzləyəcək və hökumətin yeni tərkibini təyin edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026