Sudanda vəba epidemiyasında həyatını itirənlərin sayının 388-ə yüksəldiyi bildirilib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada vəba epidemiyasının ölkədəki 18 əyalətdən 10-da yayıldığı qeyd edilib.
Həmçinin, ümumi yoluxma sayının 12 min 896-ya yüksəldiyi, vəba səbəbiylə həyatını itirənlərin sayının isə 388-ə çatdığı bildirilib.
Xatırladaq ki, Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Əli Hüseynov
















