Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Bakıvaxtı.az-ın oxu.az-a istinadən xəbər verir ki, məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şıxəliyev Turan Şikar oğlu vəzifəsindən azad olunub.
O, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin olunub.
















