“Antibiotiklərdən əsasən bakterial mənşəli infeksion xəstəliklərdə istifadə edirik”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev məlumat verib.
Onun sözlərinə görə, bu xəstəliklərlə yanaşı, bəzi virus xəstəlikləri də özünü oxşar simptomatika ilə büruzə verə bilir:
“Belə olan halda sadəcə simptomlara əsaslanaraq eyni antibiotikdən istifadə olunması yolverilməzdir, çünki virus mənşəli xəstəliklərdə antibiotiklər effektsizdir. Sadəcə virus yox, eləcə də bakteriya mənşəli xəstəliklərə baxsaq görərik ki, bir xəstəliyi bir yox bir neçə bakteriya törədə bilir və hərəsinə uyğun antibiotiklər fərqlidir. Belə hallarda antibiotik istifadəsi bakteriyalarda antibiotikə qarşı rezistentlik yaradır və gələcəkdə xəstənin müalicəsində böyük çətinliklərə gətirib çıxarır”.
Z.Quliyev bildirib ki, antibiotik istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.
Aytac Aslan






jpg-1703242226.webp)




jpeg-1703237890.webp)




