• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Vuçiç: “Krım və Donbas Ukraynadır”

DÜNYA

19 Yanvar 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

Vuçiç: “Krım və Donbas Ukraynadır”

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, onun ölkəsi üçün Krım və Donbass müstəsna olaraq Ukraynanın bir hissəsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Bloomberg”ə müsahibəsində bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, müharibədə “ən pisi hələ qarşıdadır”.

O, həmçinin qeyd edib ki, Kreml rəhbəri Vladimir Putinlə uzun aylardır əlaqə saxlamayıb.

“Biz əvvəldən demişdik ki, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyə bilmərik və buna haqqımız da yoxdur. Bizim üçün Krım Ukraynadır, Donbass Ukraynadır və həmişə belə olacaq”, - prezident deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026