"Nəsiman Yaqublunun itkisi ilk növbədə Azərbaycan jurnalistikası, həmçinin, Azərbaycan elmi üçün böyük itkidir. O, böyük ziyalı idi. Xatirəmizdə həmişə öz araşdırma və tədqiqatları ilə daim yaşayacaq".
Bakıvaxtı.az xəbər verir ki, Bakı Dövlət Univeristetinin Jurnalistika Fakültəsinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlu professor Nəsiman Yaqublunun vida mərasimində qeyd edib.
O bildirib ki, bu itki onun üçün çox ağırdır:
"Mənim üçün çox ağırdır. Hər şeydən qabaq mən öz müəllimimi itirdim. Cümhuriyyət irsinin araşdırılmasında adından söz etdirən böyük insanın yoxluğun hər zaman hiss edəcəyik. Ölümü çox ani oldu",-V.Zifəroğlu əlavə edib.
Əli Hüseynov


















