• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Whatsapp-ın Windows üçün stabil versiyası istifadəyə verildi

MULTİMEDİA

18 Avqust 2022 | 04:52 | Müəllif: Qalib İbrahimoğlu

Whatsapp-ın Windows üçün stabil versiyası istifadəyə verildi

Meta şirkəti Whatsapp-ın Windows üçün nəzərdə tutulmuş tətbiqinin beta testini yekunlaşdırıb və onu bütün istifadəçilər üçün istifadəyə verib.

Bakıvaxtı.az xəbər verir ki, istənilən Windows istifadəçisi Whatsapp-ın sözügedən əməliyyat sistemi üçün olan tətbiqini Microsoft Store mağazasından yükləyə bilər. Windows üçün istifadəyə verilmiş stabil Whatsapp tətbiqinin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, istifadəçinin smartfonu ilə daimi sinxronlaşdırmanı tələb etmir.

Daha öncə istifadəçilər kompüterdə Whatsapp-ın yalnız veb versiyasından istifadə edirdilər və bunun üçün hər dəfə messencerin smartfondakı versiyası ilə sinxronlaşdırmanı reallaşdırmaq lazım gəlirdi. İndi isə istifadəçilər kompüterdə rahatlıqla Whatsapp-dan istifadə edə bilərlər. Messencerin Windows versiyasının dizaynı ənənəvi Whatsapp dizaynını özündə birləşdirir (technote.az). Son məlumatlara əsasən Meta şirkəti hal hazırda Whatsapp-ın həmçinin macOS üçün nəzərdə tutulmuş tətbiqi üzərində də çalışır. Messencerin macOS versiyasının nə zaman istifadəyə veriləcəyi isə bilinmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR