Azərbaycanlı aktivistlərin Şuşa-Xankəndi yolunda dinc aksiyaları davam edir.
Aksiya iştirakçısı,Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin İdarə Heyətinin sədri Rauf Rəcəbov Bakıvaxtı.az-a deyib ki, 3 gün əvvəl başlayan aksiya ötən gecə də davam edib. "Tələblər yerinə yetirilənə kimi bu aksiya davam edəcək"
Onun sözlərinə görə, Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin komandanı general-mayor Andrey Volkov hələ də aksiya iştirakçılarının qarşısına çıxmayıb.

R.Rəcəbov qeyd edib ki, erməni mətbuatı adəti üzrə dezinformasiya xarakterli məlumat yayaraq, guya Azərbaycan əsgərlərinin Laçın-Xankəndi yolunu bağladığını iddia edirlər: "Ermənilər dinc nümayişçiləri və QHT sektorunun əməkdaşlarını ordu kimi qələmə verirlər".
"Bizi separatçılara dəstək verən Rusiya sülhməramlılarının silahları qorxutmur və heç zaman da qorxutmayacaq. Biz tələbələrimizi irəli sürürük, nümayişlər də tələbələrimizə cavab verilənədək davam edəcək", - deyə aksiya iştirakçısı vurğulayıb.
Nuranə Daxilqızı
















