• Bakı 26° C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Xarkovda matəm elan olunub - YENİLƏNİB

DÜNYA

18 Avqust 2025 | 11:23

Xarkovda matəm elan olunub - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Xarkova PUA ilə hücumu nəticəsində beş nəfərin həlak olması və 30 mülki şəxsin yaralanması ilə əlaqədar matəm elan edilib.

Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov həlak olanlar arasında iki uşağın olduğunu qeyd edib.

Bundan əlavə, zərbə nəticəsində altı uşaq xəsarət alıb.

***

09:32

Xarkovda çoxmərtəbəli binaya RF Silahlı Qüvvələrinin zərbələri nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri prokurorluğa istinadən məlumat yayıb.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sineqübovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur.

"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

17 Avqust 2025