• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Xərçəng qurbanı olan azərbaycanlı məşhurlar - FOTOLAR

CƏMİYYƏT

23 Yanvar 2023 | 17:08 | Müəllif: Qalib İbrahimoğlu

Xərçəng qurbanı olan azərbaycanlı məşhurlar - FOTOLAR

Xəbər verdiyimiz kimi, Əməkdar artist, tamaşaçıların “Toppuş bacı” kimi tanıdığı Tünzalə Əliyeva vəfat edib. Uzun illər xərçəng xəstəliyindən müalicə alan aktrisa 49 yaşında dünyasını dəyişib. Bu, xərçəngdən ölən nə ilk məşhurdu, nə də sonuncu olacaq.

Bakıvaxtı.az son illər xərçəng qurbanı olan məşhurlardan bir neçəsinin siyahısını təqdim edir:

2015-ci ildə dünyasını dəyişən Xalq şairi Vaqif Səmədoğlu mədə xərçəngindən əziyyət çəkib. 75 yaşında vəfat edib.

Tanınmış aktrisa, Əməkdar artist Xanım Qafarova uzun illər onkoloji xəstəliklə mübarizə aparıb. Bir qız övladı yadigar qalan X.Qafarova 2014-cü ildə 47 yaşında dünyasını dəyişib.

Daha bir Əməkdar artist Gülnar Salmanova da xərçəng hüceyrələrinindən əziyyət çəkib. Uzun illər müalicə alan aktrisa 2015-ci ildə vəfat edib.

Xalq artisti Fuad Poladov da xərçəngdən vəfat edib. F.Poladov 2018-ci ildə 69 yaşında dünyasını dəyişib.

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəksə də, öldüyü günə qədər xərçəng xəstəsi olduğunu bilməyib. Aktyor 2015-ci ildə 69 yaşında dünyasını dəyişib.

Tanınmış rejissor Şahin Zəkizadə də xərçəng qurbanıdır. Qan xərçəngindən əziyyət çəkən rejissor 2017-ci ildə 39 yaşında hözlərini əbədi yumub.

Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri Vurğun Əyyub da uzun illər bu xəstəlikdən müalicə alıb. 2019-cu ildə 62 yaşında dünyasını dəyişib.

Xərçəng xəstəliyinin qurbanları  arasında həmkarlarımız da var. Belə ki, jurnalist Gülər Məmmədova 2015-ci ildə bu xəstəlikdən vəfat edb.

Tanınmış jurnalist Nigar İsmayılqızı da 34 yaşında qan xərçəngindən dünyasını dəyişib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026