Böyük Britaniyada xərçəng xəstəliyinin növlərini təyin edə bilən yeni Qan Testi sınaqdan keçirilir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, xəstəliyi simptomlar görünməzdən əvvəl aşkar etməyi hədəfləyən test, müvəffəqiyyətli olarsa, 2024-cü ildə təsdiq oluna və istifadəyə verilə bilər. Sınaqların nəticələri hələ aydın olmasa da, tədqiqatçılar testin "böyük" potensiala malik olduğuna inanırlar.
Hesablamalara görə, test təkcə İngiltərədə hər il 167 min xərçəng ölümünün qarşısını ala bilər.
Sınaq çərçivəsində yaşı 50-dən yuxarı olan 140 min könüllü yoxlanılacaq. Sadə bir qan testi sayəsində xərçəng xəstəliyinin əlamətləri görünməzdən əvvəl müəyyən edilə bilər.
Britaniyalı tədqiqatçılar bildirirlər ki, ABŞ-ın Grail şirkəti tərəfindən istehsal edilən test xərçənglə mübarizədə "dönüş nöqtəsi" ola bilər. "Galleri" adlanan testin məqsədi qana daxil olan xərçəng hüceyrəsi DNT-ni və simptomlar görünmədən bədənin hansı hissəsindən gəldiyini tapmaqdır. Xərçəng növlərinin əksəriyyəti xəstələrdə simptomlar yarandıqdan sonra diaqnoz qoyulduğu üçün bu, müalicədə çox vacib olan erkən aşkarlanması baxımından inqilabi hesab edilir.
Testin bütün xərçəng ölümlərinin təxminən 10 faizinin qarşısını ala biləcəyi, modelləşdirmənin təklif etdiyi kimi, Böyük Britaniya sınaqlarının nəticələri dərc edildikdə görülməlidir.
Aytac Aslan
















