Xəzər dənizində zəlzələ olub.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 04:48-də Xəzər dənizində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.2, dərinliyi 62 km olub.
















