Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun Xınalıq kəndinə qar yağıb.
Bakıvaxtı.az xəbər verir ki, kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur.
Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb.
Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.
















