• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Xırdalan Rabitə-Tikinti”nin işinə MƏHKƏMƏDƏ BAXIALCAQ

CƏMİYYƏT

30 Yanvar 2023 | 13:59

“Xırdalan Rabitə-Tikinti”nin işinə MƏHKƏMƏDƏ BAXIALCAQ

“Xırdalan Rabitə-Tikinti” ASC cərimələnə bilər.

Bakıvaxtı.az xəbər verir ki, “Xırdalan Rabitə-Tikinti” ASC- barədə İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi əsasında protokol tərtib olunub.

İnzibati Xətalar Məcəlləsinin 548.2-ci  maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

İddiaya Abşeron Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.

1999-cu ildə dövlət qeydiyyatına alınan sözügedən şirkətin qanuni təmsilçisi Qurbanov İlham Şirindil oğludur.

İbRa 


SON XƏBƏRLƏR

26 Aprel 2024