44 günlük Vətən savaşında adı dastana dönən şəhidimiz Xudayar Yusifzadə indi də dənizləri fəth edəcək.
Bakıvaxtı.az xəbər verir ki, “Palmali Holding"in növbəti gəmisi Vətən Müharibəsinin şəhidi Xudayar Yusifzadənin adını daşıyacaq.
Qeyd edək ki, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov şəhidin anası Radə Qurbanovaya zəng edərək oğlunun adının gəmiyə verilməsi ilə bağlı razılıq və xeyir-dua istəyib. Təklifi kövrəkliklə qarşılayan ana təşəkkürünü bildirib. Xudayar Yusifzadənin anası sözügedən gəminin yola salınması törənində iştirak etmək üçün İstanbula dəvət olunub.
Nuranə Daxilqızı







jpg-1657707238jpg-1658490562.webp)








