• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ən çox yağıntı bu rayonlara düşüb - FAKTİKİ HAVA

CƏMİYYƏT

18 Iyul 2024 | 09:05 | Müəllif: Qalib İbrahimoğlu

Ən çox yağıntı bu rayonlara düşüb - FAKTİKİ HAVA

İyulun 18-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, iyulun 18-i saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

    Düşən yağıntının miqdarı Şəmkirdə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Zaqatala, Şəki, Balakən, Gəncə, Tərtərdə 2 mm-dək olub.

    İyulun 17-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da və Aran rayonlarında 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR