• Bakı 28° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Yağış sularını təmizləmək istəyərkən ÖLDÜ

HADİSƏ

17 Aprel 2025 | 11:24

Yağış sularını təmizləmək istəyərkən ÖLDÜ

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, aprelin 16-sı saat 16 radələrində rayonun Qaragüney kəndindəki “AzOil” yanacaqdoldurma məntəqəsinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Belə ki, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev hidroforu qoşarkən onu elektrik cərəyanı vurub.

Teleqraf.az-ın məlumatına görə, ölən şəxs yanacaqdoldurma məntəqəsinin müdiri imiş. O, məntəqəyə məxsus quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Mərhumun 2 azyaşlı övladı var.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR

08 Iyul 2025