• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yakutiyanın ilk prezidenti vəfat etdi

DÜNYA

06 Avqust 2023 | 13:36 | Müəllif: Subhan Mahmudov

Yakutiyanın ilk prezidenti vəfat etdi

Rusiyanın Yakutiya Respublikasının ilk prezidenti Mixail Nikolayev 87 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yakutiya hökumətinin saytında məlumat yayılıb.

Mixail Nikalayevin vəfatı ilə bağlı Yakutiyada matəm elan olunub.

Yakutiyanın rəhbəri Aysen Nikolayevin qərarı ilə Mixail Nikolayevlə vida mərasimi avqustun 6-da Moskvada, Rusiya Federasiyasının Prezidenti yanında respublikanın daimi nümayəndəliyində keçiriləcək.

Avqustun 7-də də Yakutsk şəhərində Opera və Balet teatrında vida mərasimi keçiriləcək.

Nikolayev avqustun 8-də Yakutskda dəfn olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026