• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyənin daxili işlər naziri  Bakıya gəlir

DÜNYA

05 Sentyabr 2023 | 11:48

Türkiyənin daxili işlər naziri Bakıya gəlir

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sabah Bakıya səfərə gəlir.

Bakıvaxtı.az xəbər verir ki, türkiyəli nazir 6-8 sentyabrda Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclasında iştirak edəcək.

Həmçinin, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz da həmin tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Xatırladaq ki, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026