"Rusiya digər ölkələri nüvə silahından istifadə edəcəyi ilə bağlı hədələməkdə davam edir".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida deyib.
O, bildirib ki, hazırda dünyada nüvə tərksilahı məsələsində fikir ayrılığı artmaqdadır:
"Rusiyanın atom silahından istifadə ilə bağlı təhdidləri vəziyyət getdikcə çətinləşir. Yaponiya nüvə silahı olmayan bir dünyaya nail olmağa davam edəcək. Həmçinin nüvə və qeyri-nüvə ölkələri arasında dialoqlarda vasitəçi kimi çıxış edəcək".
Qeyd edək ki, bir müddət öncə Fumio Kişida çıxışında 1945-ci ildə Xirosimaya atom bombası vuran ölkə kimi ABŞ-nin adını çəkmişdi.
Gülşən Şərif