• Bakı 29° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Yaponiyada güclü zəlzələ oldu

DÜNYA

12 Dekabr 2021 | 10:35

Yaponiyada güclü zəlzələ oldu

Bu gün Yaponiyanın şərqində 5 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin paytaxt Tokio ilə qonşuluqda yerləşən İbaraki prefekturasında, ocağının 50 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Zəlzələnin Tokio, Toçiqi, Saytama və Çiba prefekturalarında da hiss olunduğu qeyd edilir.

İbaraki prefekturasında yerləşən “Tokai-2” AES-də ştatdankənar vəziyyətin qeydə alınmadığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026