• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yasamalda tonqala düşənlərin vəziyyəti açıqlanıb

HADİSƏ

13 Mart 2024 | 11:05

Yasamalda tonqala düşənlərin vəziyyəti açıqlanıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub.

Bu barədə TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR