• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı

CƏMİYYƏT

03 Dekabr 2021 | 17:48 | Müəllif: Qalib İbrahimoğlu

"YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı

Bu günə qədər "YAŞAT" Fonduna daxil olan vəsait açıqlanıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Fondun rəhbəri Elvin Hüseynov Real TV-yə müsahibəsində deyib ki, qurumun maliyyə mənbəyi dövlət büdcəsindən deyil, vətəndaşlarımızın, iş adamlarının, dünya azərbaycanlılarının etdiyi könüllü ianələr əsasında formalaşıb.

Onun sözlərinə görə, bu ianələr hesabına “YAŞAT” Fondu şəhid ailələri və müharibə əlillərinə - qazilərimizə dəstək göstərir: “Bu günə qədər "YAŞAT" Fonduna bütün valyuta hesablarından 64 milyon 815 min manat vəsait daxil olub. Bu da kifayət qədər böyük bir məbləğdir”.

E.Hüseynov deyib ki, daxil olan vəsaitin 49 milyon 353 min manatı Fondun 4 fəaliyyət istiqaməti üzrə xərclənib: “Hazırda Fondda 15 milyondan artıq vəsait qalıb".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026