• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Narkotik çəkib maşın sürən şəxs saxlanıldı

CƏMİYYƏT

02 Yanvar 2022 | 13:09 | Müəllif: Subhan Mahmudov

Narkotik çəkib maşın sürən şəxs saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan “LADA” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Vaqif Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən V. Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR