• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yaşıl eynək xroniki ağrıları azaldır

CƏMİYYƏT

14 Dekabr 2022 | 11:03

Yaşıl eynək xroniki ağrıları azaldır

Yaşıl işıq ağrıkəsicilərə alternativ ola bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu, ABŞ alimlərinin araşdırmalarının nəticələrində yer alıb. Araşdırmada xroniki ağrıları olan xəstələrin yaşıl linzalı eynək taxdıqları zaman ağrıkəsicilərə daha az ehtiyac duyduğu müəyyən edilib.

ABŞ-ın Duke Universitetinin tədqiqatçıları tərəfindən 34 xəstə ilə aparılan araşdırmada yaşıl linza taxmayan xəstələrin narahatlıqlarında heç bir dəyişiklik müşahidə edilmədiyi halda, yaşıl linza taxan xəstələrdə narahatlıq 4 qat azalıb. Hər iki qrupdakı xəstələrin ağrı skorları eyni olsa da, yaşıl eynəkli xəstələrin ağrıkəsicilərə çox daha az ehtiyac duyması yaşıl linzalı eynəklərin simptomları idarə etməkdə təsirli olduğunu göstərir. Hal-hazırda, bir çox yan təsirləri olan antidepresan dərmanlar standart ağrıkəsicilərin az təsir göstərdiyi fibromiyalji xəstəliyi üçün istifadə olunur.

Bu səbəbdən, araşdırmanın narkotik istifadəsinə təsirli alternativin yaradılması istiqamətində mühüm addım olduğu bildirilir. Rəng spektrinin ortasındakı yaşıl rəngin bədəndə təbii ağrı kəsici kimi fəaliyyət göstərən enkefalin adlı kimyəvi maddələrin ifrazını tətiklədiyi və beynin ağrıları emal etmə üsulunu da dəyişdirə biləcəyi düşünülür.

Bu idarənin təsirli ola biləcəyi digər bir amil də bəzi ağrılı xəstəliklərin işləndiyi beynin mərkəzi olan talamus bölgəsi ilə gözdən gələn məlumatların işləndiyi talamus bölgəsinin yaşıl işığa daha az reaksiya verməsidir. Bu istiqamətdə miqrenin müalicəsində yaşıl işığın istifadəsini hədəfləyən işlər də aparılıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026