• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yataqxanada YANĞIN: 4 nəfər tüstüdən zəhərləndi, 30 nəfər... 

HADİSƏ

29 Dekabr 2021 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

Yataqxanada YANĞIN: 4 nəfər tüstüdən zəhərləndi, 30 nəfər...

Şirvan şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Verilən məlumata görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan bir otağın yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib və 30 nəfər sakin təhlükəsiz əraziyə təxliyə edilib.

Qonşu otaqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026