• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Yəmən sahillərində gəmi hücuma məruz qaldı

 

DÜNYA

06 Fevral 2024 | 11:09

Yəmən sahillərində gəmi hücuma məruz qaldı

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmən yaxınlığında gəminin hücuma məruz qaldığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UKMTO "X" sosial şəbəkəsində yazıb.

"Yəmənin Hudeyda limanından 57 dəniz mili qərbdə insident barədə məlumat alınıb", - paylaşımda qeyd edilib.

Gəmiyə cüzi ziyan dəydiyi bildirilir.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR