Xəbər verdiyimiz kimi, 2023-2024-cü tədris ilindən məktəblilər yeni formalardan istifadə edəcəklər.
Bakıvaxtı.az xatırladır ki, bu, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 2022-ci il 17 martda “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən həyata keçirilir. Qeyd edək ki, yeni məktəbli formaları artıq satışa çıxarılıb.
"Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq formaların qiyməti ilə bağlı məlumat verib: "Oğlanlar üçün polo qısaqol və uzunqol köynək 15 manat, şalvar 25 manat, jaket isə 30 manatdır. Qızlar üçün qısaqol və uzunqol polo köynək 15 manat, şalvar 25 manat, jaket 30 manat, ətək 25 manatdır".
Onun sözlərinə görə, valideynlər övladlarına formaları “Bakı Tikiş Evi”ndən başqa aşağıdakı ünvanlardan da ala bilərlər:
1. "Məktəbli Dünyası" əsas mağaza №1. Nəsimi rayonu, Mərdənov Qardaşları 113 (Rusiya səfirliyinin qarşısı)
2."BTE Məktəbli Dünyası" Filial №2 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 169 ( Kristal Şadlıq Evinin yanı)
3."BTE Məktəbli Dünyası" Filial №3 Xətai rayonu, Fəhlə prospekti, "Amay" Ticarət Mərkəzi
4. "BTE Məktəbli Dünyası" Filial №4 Nizami rayonu, Qaraqarayev prospekti 51/57
5."BTE Məktəbli Dünyası" Filial №5 Metro Əhmədli, Sarayevo küç 22
6."BTE Məktəbli Dünyası" Filial №6 Nəsimi rayonu "Velotrek" Ticarət Mərkəzi, 20 Yanvar metrosunun çıxışı
7."BTE Məktəbli Dünyası" Filial №7 Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin parkının qarşısı, Beynəlxalq Bankın yanı
8. "BTE Məktəbli Dünyası" Filial №8 Qaradağ rayonu, Yeni Sahil qəsəbəsi, B.Vəliyev küçəsi
9."BTE Məktəbli Dünyası" Filial №9 Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 55, Qələbə k/t dairəsi.
Aytac Aslan