• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeni mərhələdə ÜDM artımı nədən asılı olacaq?

İQTİSADİYYAT

12 Aprel 2024 | 12:48

Yeni mərhələdə ÜDM artımı nədən asılı olacaq?

Deputat Vüqar Bayramov bu ilin birinci rübünün makro-iqtisadi yekunlarında diqqət çəkən mühüm məqamlardan danışıb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, iqtisadi artım əvvəla daha çox qeyri neft-qaz sektoru hesabına formalaşıb:

"Belə ki, qeyri-enerji sektorundakı 6.7 faizlik artım ÜDM-də 4.0 faiz artıma səbəb olub.

İkincisi, neft-qaz sektoru stabilləşmə mərhələsinə qədəm qoya bilər. Belə ki, uzun müddətdli azalmadan sonra enerji sektorundan 0.4 faiz artım qeydə alınıb.

Bu eyni zamanda iki digər mühüm nəticəyə gəlməyə əsas verir. Birincisi, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların dərinləşməsi prioritetliyini daha da gücləndirib. Çünki, artıq yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq".

Deputat qeyd edib ki, ÜDM ilə yanaşı ümumi ixracat və fiskal gəlirlərdə də qeyri-enerji sektorunun payının artırılması vacibdir:

"Praktik olaraq, iqtisadi artımda drayverə çevrilən qeyri neft-qaz sektoru digər makro-iqtisadi göstəricilərdə də xüsusi paya malik ola bilər. İkincisi, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır".

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026