• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Yeni mövsümdən BU VERİLİŞLƏR BAĞLANACAQ 

CƏMİYYƏT

23 Aprel 2024 | 16:42

Yeni mövsümdən BU VERİLİŞLƏR BAĞLANACAQ

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl ATV, "Xəzər" ARB və "Space" telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

Bakıvaxtı.az xatırladır ki, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

Bundan sonra isə sözügedən proqramların efir müddəti yarım saat (30 dəqiqə) müddətində azaldılıb. 

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yeni mövsümdən etibarən bu tipli sosial verilişlərin yayımlanması dayandırılacaq.

Bu sırada ARB televiziyasında yayımlanan “Səni axtarıram”, “Space” televiziyasında yayımlanan “Gəl danış”, “Xəzər” televiziyasının “Təsir dairəsi”, ATV-nın isə “Bizimləsən” proqramı da yer alır. 

Məsələ ilə bağlı sözügedən televiziyaların mətbuat xidmətləri ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı. 

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR